Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı münasibətlərin pisləşməsi bu ölkələrin bir-birinə qarşı ən kəskin addımlaratmağa həvəsləndirir. 2017-ci ilin iyun ayında Qətərlə diplomatik əlaqələrini kəsən Səudiyyə Ərəbistanı, yarımadanın bir tərəfində geniş bir kanal çəkməyə qərar verir. Layihə reallaşsa, Qətər dövlətinin quru ilə əlaqəsi tamamilə kəsiləcək və o faktiki olaraq adaya çevriləcək.
Səudiyyənin "Məkkə" qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanı artıq bu kanalın tikintisi üçün tender elan edib. Layihə bir ildən az müddətə həyata keçiriləcək, onun dəyəri təxminən 570 milyon dollar təşkil edəcək.
Səudiyyə hökuməti kanal layihəsinin əsl məqsədlərini gizlətmir. «Daily Sabah» qeyd edir ki, Səudiyyə kralının müşaviri Suud əl-Qahtani də ölkənin xalqını "Qatarı adaya çevirəcək mükəmməl layihə" nin başlanması münasibəti ilə təbrik edib.
Layihə çərçivəsində 60 kilometr uzunluğunda, 200 metr genişliyində və 15-20 metr dərinliyində kanal tikilməsi planlaşdırılır. Kanal bütünlüklə Səudiyyə Ərəbistanın ərazisindən keçəcək, amma Qətərlə sərhəd boyunca, sərhədindən bir kilometr məsafədə.
Qalan torpaq sahəsi sərhədin təhlükəsizliyini təmin etmək üçün Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyinə və sərhədçilərə veriləcək. Beləliklə, layihənin reallaşması ilə Qətər quru sərhəddən tamamilə blokadaya alınacaq və ölkələr arasındakı quru torpaq üzərində əlaqə qurmaq mümkün olmayacaq.
Kanalın sahilində isə Səudiyyə Ərəbistanı otel, sanatoriya və villalar, yaxtalar üçün liman, su idmanı növləri və istirahət üçün infrastruktur tikməyi planlaşdırırlar. Kanalın ətrafındakı böyük kruiz laynerləri qəbul edə biləcək üç dəniz limanı inşa ediləcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 2017-ci il iyunun 5-də Qətərlə diplomatik əlaqələrini kəsdiklərini elan etmişdilər. Bu dövlətlər Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə müdaxilə etməkdə ittiham etmişdilər. Bundan sonra əmirliyə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq olunmuşdu: xüsusilə bölgədəki ölkələr Qatar aviasiyası üçün hava sahəsini bağladılar.
Daha sonra bu dördlük Doha ilə diplomatik əlaqələrin bərpası üçün öz tələblərin siyahısını hazırladı, ancaq Qətər bu tələbləri yerinə yetirməyin mümkün olmadığını bildirdi, və onları yenidən baxmağa çağırdı. Tələblərin arasında İranla diplomatik əlaqələrin səviyyəsinin aşağı salınması, Əl-Cəzirə telekanalının bağlanması, Türkiyə ilə hərbi əməkdaşlığın dayandırılması var idi. Qətər isə təbii ki, bu şərtləri qəbul etməyib.
Səudiyyə Ərəbistanı Qətəri adaya çevirir – YENİ LAYİHƏ
10:13
6 İyul 2018