Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyalar, müdafiə sənayesi, enerji və rabitə sahələrində sənədlər imzalanıb.
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi - 1 Milyard Dollar Artıb
FED.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın görüşündən sonra sənədlər imzalanıb.
Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Prezident yanında İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih imzalayıblar.
Türkiyə Rabitə Müdirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi arasında kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun və Səudiyyə Ərəbistanının media naziri Salman bin Yusuf Al-Dawsari imzalayıblar.
Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında Əməkdaşlıq Planı Sənədini Milli Müdafiə Naziri Yaşar Gülər ilə Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Əl-Səud imzalayıb.
Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında enerji sahəsində Anlaşma Memorandumunu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl-Səud imzalayıblar.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Baykar arasında Əməkdaşlıq Sazişi Baykar-ın baş direktoru Haluk Bayraktar və Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari tərəfindən imzalanıb.(Marja)