Türkiyədə bu gün keçirilən prezident seçkilərinin 2-ci turu üzrə nəticələrin açıqlanmasına başlanılıb.
FED.az xəbər verir ki, ilkin nəticələrə görə, prezident Rəcəb Tayyib Ərdoğan səs sayında hələlik liderdir.
İndiyədək səslərin 97,0% sayılıb və Ərdoğan 52,19%-lə irəlidədir. Onun rəqibi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,81% səs toplayıb.
Hazırda namizədlər arasında səslərin fərqi 2 milyon 235 min nəfərdən çoxdur. Bu isə o deməkdir ki, artıq indiki prezident Rəcəb Tayyib Ərdoğan prezidentliyini qeyd edə bilər.
Belə ki, hələlik Anadolu Agentliyinin açıqladığı bu məlumatlardan aydın olur ki, hələlik sayılmayan, yəni hələlik nəticəsi bilinməyən səslər cəmi 1,5 milyondur.
Hətta qalan bütün səslər müxalifət nümayəndəsinə verilsə belə, aradakı 2,2 milyonluq səs fərqini aradan qaldırmaq mümkün olmayacaq.