2016-cı ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan Fed.az-a verilən məlumata görə, bunların 10 625-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. 2016-cı ilin sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 milyon manata yaxın olub.
2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.
Sentyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81.4 manat təşkil edib.