Xaçmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayev vəzifəsini icra etdiyi binadan köçüb gedərkən müxbirimizin suallarını cavablandırıb.
FED.az biznes portalı KONKRET.AZ-a istinadən xəbər verir ki, yağışlı havada oğlu Samir Xanbabayev və köməkçiləri ilə birlikdə avtomobilə əyləşməzdən əvvəl Şəmsəddin Xanbabayev müxbirimizə səmimi və xoş arzularını bildirib.
Eləcə də bax: Pensiya yaşına çatan icra başçılarının - SİYAHISI
Jurnalistin “Xaçmazlılar sizi unudan deyil, xoş xatirələrlə yadda qalacaqsınız” sözlərinə, Şəmsəddin Xanbabayev belə qarşılıq verib:
“Çox sağ olun! Mən də xaçmazlıları çox istəyirəm. Xaçmazlılar yaxşı adamlardılar. Məmur üçün də əsas səbəb budur. Gördüyünüz bütün bu işlərin hamısını (əli ilə göstərir) – birinci növbədə onların yaxşı adam olmalarına görə görülüb. Çox sağ olun!”
KONKRET.AZ Şəmsəddin Xanbabayevin bölgə müxbiri Cəlal Fərzəliyevlə olan səmimi söhbətini təqdim edirik:
Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.