ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
ABŞ Zəngəzur dəhlizinə özü nəzarət etmək istəyir
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat vurğulayıb.
Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb. (Apa)