10 su anbarının layihələndirilməsi işləri həyata keçirilir.
Eləcə də bax: Şuşada su anbarının yaradılması üçün işlərə - BAŞLANILIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyev deyib.
Onun sözlərinə görə. su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya bu məsələləri müzakirə edir. Həmin komissiyanın tərkibində 10 su anbarının layihələndirilməsi gündəmədir və bu işlər yekunlaşdıqdan sonra 10 su anbarının tikilməsi nəzərdə tutulur.
"Bu su anbarlarının Böyük Qafqaz çaylarının axarlarında tikilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərimizdə də yenidən qurma işləri aparılır və əsaslı işlərin aparılması planlaşdırılır. Bundan başqa Həkəri çay və Bərqüşad çayda böyük su anbarlarının tikintisi nəzərdə tutulur", - deyə o əlavə edib. (Trend)