Türkiyədə baş tutan prezident və parlament seçkiləri və burada hakim partiyanın namizədlərinin qalib gəlməsindən sonra hökumət islahatlara başlayacağını bəyan edib. FED.az xəbər verir ki, baş nazirin müavini Mehmet Şimşek «Twitter» hesabından etdiyi açıqlamada bildirib ki, «Seçikiləri Ərdoğanın qazanması islahatların sürətlənməsi üçün zəmin hazırlayır».
Eləcə də bax: Türkiyədə kim nə qədər səs toplayıb? - SİYAHI, FAİZLƏR
Onun sözlərinə görə, artıq səslərin 98.6%-i sayılıb və hələ dəqiq olmayan nəticələr, seçkini indiki prezidentin qazandığını bildirir».
Rəsmi olmayan məlumatlara görə, prezident Rəcəb Tayib Ərdoğan prezident seçkilərini qazanmaqla yanaşı, parlament seçkilərində AKP və MHP-nin yaratdığı «Cumhur İttifakı» parlamentdə çoxluq əldə edib.