Azərbaycanın nəqliyyat və logistika şirkəti “ScanEX Enterprises Limited” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.
Eləcə də bax: Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirir - VİDEO
FED.az xəbər verir ki, şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.
Qeyd edək ki, “ScanEX Enterprises Limited” daha əvvəl də ölkədə pandemiya ilə mübarizə üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürmüşdü.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
“MediaPost”