Bu gün bəzi mətbuat orqanlarında 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəydiyi barədə xəbərlər yayılıb.
Bildirilir ki, Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.
Deputat müalicə - sağlamlıq mərkəzi tikdirirQeyd edilib ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.
FED.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Mahir Aslanovla əlaqə saxlanıb.
Mahir Aslanov bildirib ki, hazırda Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmir.
“Mənim 10 ildir ki, Naftalanda müalicə-sağlamlıq mərkəzim var. Ancaq bu mənim adıma deyil. Heç ora tikiləndə də mənim adıma olmayıb. Bir neçə gün bundan öncə bir nəfər məndən xahiş etdi ki, onu ora istirahətə göndərim. Mən də onu Naftalanda müalicə-sağlamlıq mərkəzinə göndərdim. Həmin adam da gedib dincəldikdən sonra gəlib bunu yazıb. Demək ki, həmin adamı ora göndərməkdə səhv etmişəm”.