Azərbaycan və Rusiya arasındakı sərhəddə, Samur çayı üzərində yerləşən körpünün açılışı oldu.
"Bu iki ölkə arasında olan dostluq və qonşuluq rəmzidir."
Eləcə də bax: Bu mallar 2 il müddətinə gömrük rüsumundan - AZAD EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Samur çayın üzərində körpünün açılışı zamanı bildirib. Onun sözlərinə görə, bu körpü nəinki Samur çayının iki sahilini birləşdirir, bu, bizim millətləri və xalqları birləşdirir. Beynəlxalq layihələrin həyata keçirilməsi üçün daha geniş imkanlar yaradır.
Baş Nazirin müavini Şahin Mustafayev həmçinin deyib ki, Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil magistral yolununtezliklə istifadəyə verilməsi gözlənilir.
Baş nazirin müavini vurğulayıb ki, yeni körpünün istifadəyə verilməsi turizmin inkişafına da təkan verəcək.