Koreya Respublikasının "Samsung" şirkəti aeroportlarda "Galaxy Note 7" smartfonlarının dəyişdirilməsi üzrə məntəqələr açır.
Bu barədə xarici KİV mətbuatında məlumat yayılıb.
Bu cür məntəqələr yoxlama sahələrinin qarşısında yerləşdirilib və orada "Note 7" istifadəçilərinə smartfonlarını dəyişməyi təklif edirlər.
"Samsung" indi Avstraliyada mübadilə məntəqəsinin açıldığını rəsmən təsdiqləyib. Analoji məntəqələrin ABŞ-da da açılması ilə bağlı məlumat var.
Analitiklərin qiymətləndirməsinə görə, "Samsung"un "Galaxy Note 7" model smartfonları geri çağırmasına və istehsalını dayandırmasına baxmayaraq, hələ də 1 milyondan çox smartfon istifadədir.