Yaponiyanın ən aktiv vulkanlarından biri olan Sakuracimanın növbəti 30 il ərzində püskürəcəyi gözlənilir.
Bristol Universitetinin tədqiqatçılarının fikrinə görə, Yaponiyanın Kyuşu adasında yerləşən Sakuracima vulkanı "böyüməkdədir".
Senday nüvə zavodundan 49 km aralıda yerləşən vulkan eyni zamanda 600 000 sakini olan Kaqoşima şəhərinə də yaxındır. Sakuracima sonuncu dəfə 1914-cü ildə püskürüb və 58 nəfərin ölümünə səbəb olub.
Xatırladaq ki, Yapon arxipelaqında 100-dən çox vulkan mövcuddur. Sakuracima müntəzəm olaraq kül püskürür və hər il orada kiçik partlayışlar baş verir. Sonuncu belə kiçik partlayış keçən cümə günü olub.
Kyoto Universitetinin dosenti Dr Haruhisa Nakimaçinin bildirdiyinə görə, bununla bağlı yeni evakuasiya planı artıq hazırlanıb. "1914-cü il püskürməsindən artıq 100 il ötür, növbəti böyük püskürmə isə 30 il ərzində baş verəcək" - Dr Nakamiçi xəbərdarlıq edib.
bbc©
Sakuracima vulkanı növbəti 30 il ərzində püskürəcək
17:51
14 Sen 2016