Digər

“Sabina” endirimə vaxtı keçmiş - MƏHSUL QOYDU - FOTO

“Sabina” endirimə vaxtı keçmiş - MƏHSUL QOYDU - FOTO | FED.az
16:52 20 Dek 2019

“Anam dünən “Sabina Perfumery&Cosmetics”in Metropark Ticarət Mərkəzində yerləşən mağazasından üz qulluğu üçün krem alıb. Orta yaşlı qadındır, özü baxa bilməyib, satıcıdan istehsal tarixini soruşub, “hələ vaxtı var” deyiblər. Ancaq evdə baxıram ki, istifadə müddəti avqust ayında bitib”.

FED.az xəbər verir ki, bu sözləri müştəri Fidan Nuriyeva sosial şəbəkədə yazıb. Şikayətçi bildirib ki, vaxtı keçmiş məhsul 50% endirimlə satışa qoyulub:

Eləcə də bax: Bakıda vaxtı keçmiş məhsullar satan - MARKET TAPILIB - ÜNVAN

“Üz qulluğunda belə şeylərə necə yol vermək olar? Ümumiyyətlə, heç bir şeydə bu, yolverilməzdir. Ancaq kosmetika və qida məhsullarında buna xüsusi diqqət etmək lazımdır. Biz evdə istifadə müddətinə baxmasaq, zərərə görə məsuliyyət daşıyacaqlar? Həm də üzərində 50% endirim qeyd olunsa da, kassada 40% hesablanıb. Bu da istehlakçını aldatmaqdır”.

“Sabina Perfumery&Cosmetics” şirkətinin brend meneceri Nuriyə Abdullayeva məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq hadisə barədə məlumatlıdırlar və müştəri mağazaya dəvət olunub:

“Bu barədə məlumatımız var. Ola bilər ki, texniki səhv olsun, ya da ki, məhsul vitrində unudulub qalsın. Müştərini mağazaya dəvət etmişik, onunla görüşülüb məsələ aydınlaşdırılacaq. Ondan üzr istəyərək məhsulu yenisi ilə əvəz edəcəyik. Üzrxahlıq kimi ona hədiyyə də veriləcək. Mağazamız adından bu kimi halların yaşanmasını istəmərik.

Mütəmadi olaraq endirim aksiyalarımız keçirilir. Bu, bir səhv idi və o demək deyil ki, endirimə qoyulmuş bütün məhsulların istifadə müddəti bitib”.

Qafqazinfo


Digər xəbərlər

Banner