Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fed.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.
Məlumatda qeyd olunur ki, sentyabrın 30-dan oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Sabaha olan hava məlumatı
13:03
29 Sen 2016