Gürcüstanda bu gün keçirilən parlament seçuilərində keçmiş prezident Mixail Saakaşvilinin «Vahid Milli Hərakat» partiyası böyük səs toplayıb.
FED.az xəbər verir ki, bu barədə Saakaşvili özü, seçkilərin ilkin nəticələrini şərh edirkən bildirib. O seçkinn nəticələrini müxalifətin zəfəri adlandırıb.
«Mənim Gürcvstanda olmağıma imkan verilmədiyinə baxmayaraq müxalifət sektoru sekilərdə inamlı qələbə qazanıb. Mənim hesablamalarıma görə, təkcə bizim «Vahid Milli Hərakat» partiyası 33%-dən artıq səs toplayıb. Majoritar dairələrdə isə demək olar ki, bizim bütün deputatlığa namizədlərimiz qalib gəlib»- deyib Saakaşvili.
Onun sözlərinə görə, hazırda əsas vəzifə - milli birlik hökumətini formalaşdırmaqdır. Bununla yanaşı, Saakaşvili bildirib ki, baş nazir postuna namizədliyini vermək fikrində deyil.
«Məni heç bir vəzifə, o cümlədən Gürcüstanın baş naziri vəzifəsi maraqlandırmır, amma harada olacağımı yaxın günlərdə açıqlayacam»-deyib Saakaşvili.
Qeyd edək ki, Gürcüsğtandakı parlament seçkilərində 150 deputat seçilməlidir. Onlardan 120-si partiya siyahıları ilə, 30-u isə majoritar dairələrdə seçiləcək. Seçkilərdə deputat yeri uğrunda 48 partiya və 2 siyasi blok mübarizə aparır.
Seçkilərdə aparılan ekzit polların ilkin nəticələrinə görə, hazırda iqtidarda olan «Gürcü arzusu» partiyası 46% səslə irəlidədir.