ABŞ tərəfindən 12 böyük Rusiya şirkəti və oliqarxlarına qarşı tətbiq olunan sanksiyalar bu gün ciddi təsirlər göstərməyə başlayıb.
FED.az xəbər verir ki, rus oliqarxlarından biri Oleq Deripaskanın Honk-Kongda yerləşən nəhəng alümunium zavodunun səhmləri öz dəyərini 50%-ə yaxın itirib və nəticədə iş adamı 1 gündə 1 milyard dollar itirib. Rusiya birjalarında səhmlər düşməyə başlayandan qısa müddət sonra rus rublu gün ərzində 58.20 hədlərindən 60.05 həddinə qədər geriləyib.
Ekspertlərin fikrincə sanksiyalara məruz qalan oliqarxlar və şirkətlərin ABŞ dolları ilə hər hansı əməliyyatlar aparması çətinləşib. Nəzərə alsaq ki, həmin iş adamlarının bir çox şirkətləri həm də Rusiyadan kənarda yerləşir, o halda bu həmin şirkətlərin ciddi maliyyə problemləri ilə üzləşməsi deməkdir.
Rusiya bu vəziyyəti düzəltmək üçün qısa müddətdə tədbirlər görməsə, ciddi iqtisadi çətinliklər qaçılmaz olacaq.
Rusiyaya qarşı sanksiyalar öz təsirini göstərir: İş adamı 1 milyard dollar itirdi
16:41
9 Aprel 2018