Avropa Birliyi ölkələri Rusiyaya qarşı yeni, 5-ci sanksiya paketi hazırlayırlar. FED.az xəbər verir ki, «Röyters» agentliyinin məlumatına görə, budəfəki sanksiyalar Rusiyadan neft alışına emborqo tətbiqini nəzərdə tutur.
«Biz sanksiyaların yeni raundu üzərində iş8ləyirik, çoxlu sayda yeni adlar (sanksiya tətbiq olunacaq şəxslərin və şirkətlərin adları nəzərdə stutulur) təklif olunur» - deyə avropalı diplomatlar bildiriblər.
Agentlik qeyd edir k4i, indiyədək tətbiq edilən sanksiyalar Rusiyanın Ukrayna ilə bağlı siyasətinin və davranışının dəyişməsinə səbəb olmayıb. Buna görə də, indi Avropa ölkələri Rusiya neftinə embarqo qoyulmasını müzakirə etməlidirlər.
Agentlik bildirir ki, Baltik ölkələri – Latviya, Litva və Estoniya neft embarqosunun tətğiqini istəyir, Almaniya isə Avropada enerjidaşıyıcıların qiymətinin onsuz da yüksək olduğunu xatırladaraq bu addıma qarşı çıxır.
Diplomatlar bildirir ki, Rusiyadan enerji daşıyıcıların, o cümlədən neftin alışına embarqo o hallarda qoyula bilər ki, Kiyev şəhəri kütləvi şəkildə bombalansın və ya kimyəvi silahdan istifadə edilsin.