Rusiya birjasında səhmləri ticarət olunan şirkətlərin qiymətləri dəyişdikcə ardıcıllıq da dəyişir.
FED.az xəbər verir ki, Rusiyanın qlobal bazardakı ən güclü şirkətlərindən biri olan "Rosneft" 4 trilyon 535 milyard rubl ilə Rusiyanın ən dəyərli şirkətləri siyahısında birinci yerə yüksəlib.
Rusiyanın və dünyanın ən güclü banklarından biri olan "Sberbank" isə 1-ci yerdən 2-ci yerə geriləyib. "Sberbank"ın bazar kapitallaşması 4 trilyon 533 milyard rubl olub.
Yeni ardıcıllığa görə, təkcə şirkətlərin yerləri dəyişib. Hər iki şirkətdə də dəyər itkisi olmayıb.
"Rosneft" dünyada yeni bazarlar və 2020-ci il üçün yeni proqramlar müəyyənləşdirir, "Sberbank" isə dünyanın ən böyük maliyyə mərkəzi olmaq üçün davamlı proqram inkişaf etdirir. Hər iki şirkət Rusiyanı qlobal bazarda təmsil etməkdə yarışır.