Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədəki hərbi əməliyyat zamanı Rusiyanın verdiyi itkilərin yeni sayını açıqlayıb.
FED.az xəbər verir ki, bu barədə məlumatı Baş Qərargah öz rəsmi feysbuk hesabında paylaşıb.
Məlumata görə, fevralın 24-dən martın 4-nə qədər 9166 rusiyalı hərbçi zərərsizləşdirilib.
Bununla yanaşı bildirilir ki, indiyədək Rusiyaya məxsus 251 tank, 939 zirehli döyüş avtomobili, 105 artilleriya sistemi, 50 reaktiv yaylım atəş sistemi, 18 hava hücumundan müdafiə vasitəsi, 33 təyyarə (say dəqiqləşdirilir), 37 helikopter, 404 avtomobil texnikası, 2 az sürətli qayıq, 3 PUA və s. sıradan çıxarılıb.
Vurulan texnikaların dəqiq sayı hazırda müəyyənləşdirilir. (Qafqazinfo)