Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artır.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səbəbdən Rusiya sərhədlərində tıxaclar da davam edir.
Belə ki, uzun tıxaclar Gürcüstanla yanaşı, Monqolustan və Finlandiya ilə sərhəddə də müşahidə edilir.
Bununla belə, “Meduza” nəşri Kremldə olan mənbəyə istinadən qeyd edib ki, Rusiya rəhbərliyi hələ ki sərhədi ölkənin kişi vətəndaşları üçün bağlamağı planlaşdırmır. Lakin bildirilir ki, rusiyalılar kütləvi şəkildə ölkəni tərk edərsə, vəziyyət dəyişə bilər.
Mənbənin məlumatına görə, bu barədə qərar ölkənin Müdafiə Nazirliyinin, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının qiymətləndirməsindən və Rusiya lideri Vladimir Putindən asılı olacaq.