Rusiya Dövlət Duması yeni yaranmış kiçik və orta sahibkarlıq müəssisələrinin 2020-ci ildə vergidən azad olunmasına imkan verən qaydaları üçüncü oxunuşda qəbul edib.
FED.az xəbər verir ki, sənəddə qeyd olunur ki, qaydalar 1 dekabr 2018-ci ildən 29 fevral 2020-ci ilədək müddət ərzində təsis olunmuş kiçik və orta sahibkarlıq müəssisələrinə aid edilir.
Sənədə əsasən pandemiya dövründə daha çox zərər dəymiş sahələr üzrə fəaliyyət göstərən müəssisələr vergi ödənişi və digər yığımlarla bağlı öhdəliklərdən azad edilir.
Bu qaydalar, həmçinin 1 aprel 2020-ci ildən sonra yaranan hüquqi münasibətlərə şamil olunur. (trend)