Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.
Eləcə də bax: KİV: "Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edib"
FED.az Rusiyanın “Mash” Telegram kanalına istinadən xəbər verir ki, hadisə hərbi komissarlıqda baş verib.
Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Ruslan Zinin saxlanılıb.
Onun hərbi komissar Aleksandr Yeliseyevə 6 dəfə atəş açdığı bildirilir.
Hərbi komissarın ağır vəziyyətdə olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilir. (Apa)