Rusiyanın Krasnodar diyarında yerləşən neft bazasına PUA hücumundan sonra baş verən yanğın 1,7 min kv. metr ərazini əhatə edib.
FED.az xəbər verir ki, bu barədə bölgənin əməliyyat qərargahı məlumat yayıb.
"Gecə ərzində rezervuarlardan birindən sızma baş verib və sonra neft məhsulları alovlanıb. Yanğın rezervuarın ətrafındakı bənd daxilində baş verir", - məlumatda qeyd olunub.
Hücum nəticəsində rezervuarlar arasındakı boru kəməri zədələnib, avtomatik yanğınsöndürmə və soyutma sistemi işə düşüb. Yanğının söndürülməsində 220-dən çox mütəxəssis və təxminən 100 texnika cəlb olunub. (Report)