Rusiya ərazisində dünyanın ən populyar sosial şəbəkələri - «Facebook» və «Twitter»ə giriş bloklanıb.
FED.az xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb.
Dövlət qurumu sosial şəbəkələri ölokə haqqında feyk xəbərlər yaymaqda, eləcə də dövlət qurumlarının və Rusiya KİV-lərinin hesablarına blok qoymaqda ittiham edir.
Qeyd edək ki, bir qneçə gün əvvəl «Facebook» rusiya mediasına girişi məhdudlaşdırıb. Cavabında «Roskomnadzor» bütün Rusiya ərazisində «Facebook»u bloklayıb.
«Roskomnadzor»un saytında bildirilir ki, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb. «Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb», - deyə məlumatda bildirilib.