Rusiyada "Jermuk" suyunu içən Vladiqafqaz sakini mədəsinin yanması səbəbindən ölüb.
Rusiya Ermənistanda 3 mindən çox - ŞİRKƏT AÇIB
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Sergey Menyailo bildirib. Məlumata əsasən, Ermənistan istehsalı "Jermuk" mineral suyu adı altında sirkə içdikdən sonra qida borusunun yanıq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk” ticarət markasının bəzi su partiyalarının satışını dayandırıb. (Apa)