Erməni əsilli iş adamı Areqa Şepixin ekstremizmə görə yoxlanılacaq.
FED.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Baş İdarəsi Areqa Şepixinin Çeçenistan sakinlərinə ünvanlanmış təxribat xarakterli bəyanatlarla bağlı videolarını araşdıracaq.
Yoxlama çərçivəsində zəruri ekspertizaların təyin olunacağı da bildirilib.
***
Areq Şepixinin oğurlanması ilə bağlı 6 nəfər saxlanılıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 3-də axşam saatlarında Moskva polisi Yaroslavl vağzalında ictimai rezonans doğuran insidentin 6 iştirakçısını saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Çeçenistan hakimiyyəti erməni əsilli Areq Samveloviç Şepixinin qaçırılmadığını, saxlanıldığını açıqlayıb.
Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev özünün Teleqram kanalında yazıb ki, Çeçenistan Daxili İşlər Nazirliyi dünən Yaroslavski dəmir yolu vağzalından “Mercedes” markalı avtomobilin yük yerində aparılan Şepixin ilə bağlı araşdırma aparır.
Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırış edib, dini və Allahı təhqir edib, açıq-aşkar ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib.
Yazıda qeyd olunur ki, Şepixinə qarşı Rusiya Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən nasizmin reabilitasiyası, ekstremist fəaliyyətə çağırışlar, nifrət və ya düşmənçiliyin qızışdırılması, zorlama və Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmək kimi ittihamlar irəli sürülə bilər.
Dudayev Samveloviçin oğurlanması barədə yazan Telegram kanallarını da onun əməllərinə haqq qazandırdığı üçün cinayət işi ilə hədələyib. (Apa)