Rusiya Dövlət Duması üçüncü oxunuşda Əlavə Dəyər Vergisinin (ƏDV) artırılması ilə bağlı qanun layihəsini qəbul edib.
FED.az xəbər verir ki, hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsinə əsasən, 2019-cu ilin yanvarın 1-dən Rusiyada ƏDV 20 faiz olacaq.
Qanun layihəsi Vahid Rusiya partiyası dəstəkləyib. Kommunist, Liberal və "Ədalətli Rusiya" partiyaları isə qanun layihəsinin əleyhinə səs veriblər.
Rusiya Maliyyə Nazirliyi hesab edir ki, ƏDV-nin 20 faiz təyin olunması 2019-cu ildə federal büdcəyə 633,5 mlrd. rubl, 2020 və 2021-ci illərdə müvafiq olaraq 678 mlrd. və 728 mlrd. rubl əlavə gəlir gətirəcək.
Qeyd edək ki, hazırda Rusiyada ƏDV 18 faizdir.