Moskva Birjası martın 24-dən yenidən açılacaq.
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankından verilən açıqlamaya görə, Ukrayna ilə aparılan müharibəyə görə fevralın 28-dən bağlanan Moskva Birjası martın 24-ü saat 9:50-14:00 arasında ticarətə başlayacaq.
Belə ki, Moskva Fond Birjasında ticarət edilən “Qazprom” və “Sberbank”ın da olduğu 33 Rusiya səhminin fəaliyyəti yenidən bərpa edilir.
Xatırladaq ki, Fond Birjası yerli investorları sanksiyalardan qorumaq üçün fevralın 28-dən rekord müddətə bağlanıb. Bu isə Rusiya tarixində birjanın ən uzun müddətə qapanmasş deməkdir. Sabahdan isə fəaliyyətini qismən bərpa edəcək. Çünki açıqlamada kiçik satışlı əməliyyatlara icazə verilməyəcəyi bildirilib.
Bu qadağa qərarına baxmayaraq, yerli investorların Rusiyanın xarici valyuta aktivlərini və SWIFT sisteminə çıxışını qiymətləndirərək ciddi satış dalğasına hazırlaşdıqlarını bildiriblər.
Qeyd edək ki, bağlanma qərarından sonra birja rekord həddə çataraq dəyərinin 45 faizini itirib. Rubl bu il dünyada ən pis nəticə göstərən valyuta olsa da, son həftələrdə sülh danışıqları ilə qazanc əldə etməyi bacarıb.
Ümumilikdə müharibəyə görə Ukraynada və Rusiyada biznes riski olan Avropa şirkətləri təxminən 100 milyard dəyər itirib. Rusiya şirkətləri isə xariclə ticarət üçün verilən qlobal depozitlər satılmadan və qlobal indekslərdən çıxarılana qədər 95 faiz itirib.