C-Pilot platforması özündə intellektual proqram təminatını və sensorlar kompleksini birləşdirir. Kompleks sensorlara optik kameralar, radarlar və digər sensorlar daxildir. Sistem həmçinin QLONASS/GPS əsasında yüksək mövqe dəqiqliyinə malik sensorlarla və elektron hiroskopla da təchiz edilmişdir. Bununla yanaşı, məlumatların emalı kompaktbort hesablama qurğusu ilə təmin edilir.
Hazırki mərhələdə C-Pilot sadəcə sürücüyə dəstək göstərən bir sistem kimi təqdim olunur.Yəni zolaqdan çıxdıqda bu barədə sürücüyə xəbərdarlıq siqnalı verir, yol işarələrini tanıyır və mümkün toqquşma, eləcə də piyadanı vura bilmə ehtimalının ola bilməsi barədə sürücüyə xəbərdarlıq edir.
2018-ci ilə qədər isə sürücüyə aktiv yardım sisteminin hazırlanması planlaşdırılır. Belə sistemin avtomobil sistemlərinə müdaxilə edə biləcəyi gözlənilir, məsələn: avtomatik sükan idarəetmə, tormozlama, zolaqda hərəkət edən və qarşıda gedən avtomobillə aralarında təhlükəsiz məsafənin qorunub saxlanması və s. Layihənin inkişafının son mərhələsində isə avtomobilin tamamilə avtonom hərəkətinin təmin edilməsi imkanı olacaqdır.
Bu sistemin üstünlüyü pis hava şəraitndə və pis yollarda (məsələn, kələ-kötür, işarəsiz, yol səthi zədələnmiş və s. yollarda) işləyə bilməsidir.
Laihəyə artıq şirkətin şəxsi vəsaitlərindən 360 milyon pul qoyulmuşdur, 45 milyon rubl isə "2014-2020-ci illər üzrə Rusiya elmi-texnoloji kompleksinin inkişafında prioritet istiqamətlər üzrə araşdırmalar və layihələr" adlı proqram çərçivəsində hökumət tərəfindən ayrılmışdır.
Bu layihə yenilikləri ilə şirkət kütləvi bazara çıxmağı planlaşdırır. Layihənin kommersiyalaşdırılmasının həm 2017-ci ilin yanvarında başlaması planlaşdırılan OEM (müvafiq avtoistehsalçı ilə komplektdə çatdırılma), həm də kütləvi istifadəçi üçün nəzərdə tutulan proqram aparat kompleksinin ayrıca çatdırılması istiqamətində baş tutması güman edilir. Kütləvi bazara proqram aparat kompleksinin çatdırılmasının 2019-cu ildən tez olmayaraq baş tutacağı planlaşdırılır.
Şirkətin planlarından biri Rusiyanın avtonom avtomobillər bazarında proqram təminatının işlənib hazırlanması istiqamətində əsas oyunçulardan biri olmaqdır. Şirkət həmçinin beynəlxalq bazara çıxmağı və 2022-ci ilə qədər dünyanın avtonom maşın sürmə sistemi bazarında 3-5% yer tutmağı planlaşdırır.
Qeyd edək ki, şirkətdən verilən məlumata görə onların bu seqmentdə əsas rəqibi Tesla ilə əməkdaşlıq edən İsrailin Mobileye şirkətidir.
Cognitive Technologies həmçinin pilotsuz avtomobillər layihəsini "КамАЗ" şirkəti ilə birgə reallaşdırır. Sözügedən proqram Rusiyanın Elm və Təhsil Nazirliyindən artıq 300 milyon rubl həcmində investisiya almışdır.
Mənbə: life.ru©
Rusiyada avtomobillər üçün süni intellekt işlənib hazırlanmışdır
12:03
26 Avq 2016
Rusiya şirkəti olan Cognitive Technologies müxtəlif avtomobil növləri üçün intellektual sistem işləyib hazırlamışdır. Bu sistem C-Pilot avtonom maşın sürmə üzrə intellektual sistemdir. Şirkətdə bildirildiyi kimi yaxın 3 il ərzində layihəyə qoyulan investisiyalar 750 milyon rubl təşkil edəcəkdir.