Rusiya Mərkəzi Bankı ölkədən pul köçürmələri ilə bağlı daha bir məhdudiyyət tətbiq edib.
FED.az xəbər verir ki, Mərkəzi Bank valyuta bazarındakı «yüksək volotilliyi» əsas gətirərək xaricdəki həyat yoldaşı və qohumlara pul köçürülməsinə məhdudiyyət qoyub.
Yeni qaydaya əsasən xaricdə yaşayaş yaxın qohum və ya həyat yoldaşına ayda cəmi 5 min dollar köçürmək olar. Söhbət valideyn, uşaqlar, baba-nənə və digər yaxın qohumlardan gedir.
Artıq bununla bağlı göstəriş banklara göndərilib. «Bu məcburi tədbirdir, ona görə tətbiq edilir ki, valyuta ölkədən kənara axmasın və rublun məzənnəsinə mənfi təsir etməsin»-deyə «Fitch» agentliyinin maliyyə təşkilatları üzrə analitiki Anton Lopatin bilirib.