Bu gün səhər Ukraynanın paytaxtı Kiyev yenidən Rusiya ordusu tərəfindən atəşə tutulub.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərə İran istehsalı “Shahed” kamikadze-dronları ilə hücum edilib.
Kiyevin meri Vitaliy Kliçko paytaxtın Şevçenko və Solomenko rayonlarında bir neçə partlayışın baş verdiyini qeyd edib.
İlkin məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb.
Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə isə, hava hücumundan müdafiə qüvvələri 9 dron zərərsizləşdirib.