Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı xəbərdarlıq edib.
Azərbaycan XİN Mirzoyana - CAVAB VERİB
FED.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək.
Rusiya XİN əminliyini ifadə edib ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olaraq qalır.
“Onlar Aİ müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafını nəzərə alaraq cavab verəcəklər", - əlavə olunub. (Apa)