Avropa İttifaqı Rusiya aktivlərini müsadirə etmək qərarına gələrsə, Moskva analoji kompensasiya tədbirləri görməyə hazırdır.
Zelenskinin xüsusi nümayəndəsi: "Rusiyanın bütün dünya üzrə dondurulmuş aktivləri Ukraynaya yönəldiləcək"
FED.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Əlbəttə ki, biz hər zaman qanunvericilik çərçivəsində tərəfdaşların və ya tərəfdaş olmayanların müdrik qərarlar qəbul etməsi üçün hər cür son şans veririk. Eyni zamanda, biz mülkiyyətimizin qorunması üçün analoji kompensasiya tədbirlərinin tətbiqinə qədər istənilən addım atmağa hazırıq ki, buna da heç kimin şübhəsi olmasın”,- Zaxarova bildirib. (Apa)