Rusiyaya tətbiq edilən sanksiyaların və iqtisadi vəziyyətin qısa icmalı açıqlanıb.
FED.az xəbər verir ki, bu barədə Londonda yaşayan iqtisadçı ekspert Qubad İbadoğlu məlumat verib.
Ekspert yazır:
"Rusiyanı Avropa Şurasından, Avrovision-dan qovdular. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) bu ölkə ilə danışıqları dayandırdı və İƏİT Moskva ofisini bağladı. Polşa millisi futbol üzrə dünya çempionatının Rusiyada keçiriləcək seçmə turuna qatılmayacağını bildirdi. Polşa və Çexiya hava məkanını rus təyyarələri üçün bağladı.
Bir sıra Avropa ölkələr rus vətəndaşlarına viza verilməsinə məhdudiyyətlər tətbiq etməyə başladı.
Rus vətəndaşları və hüquqi şəxsləri üçün banklara Avropa Birliyi ölkələrində 100 min avrodan çox, Böyük Britaniyada 50 min funt sterlinqdən çox depozit qəbul edilməsi qadağan olundu. ABŞ-da, Avropada və Böyük Britanitada rus siyasi və biznes "elitası"nın 100 milyardlarla dollarla hesablanan aktivlərinə həbs qoyuldu. Siyahıda Rusiya prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun və baş qərargah rəisi Valeri Gerasimovun da adları vardır.
Rusiyanın Müdafiə Sənayesinin müəssisələrinə, "Roskosmos", avtomobil sənayesinə və enerji sektoruna texnoloji məhsulların, xüsusilə də yarımkeçiricilərin satışı qadağan edildi.
Rusiyanın əhəmiyyətli olan bütün banklarının ABŞ-da, Böyük Britaniyada, Avropa Birliyində, Kanadada, Yaponiyada, Avstraliyada müxbir hesablanır bağlanır, onlar beynəlxalq hesablaşmalardan və valyuta konvertasiyasından kənarlaşdırılır. Rusiya Mərkəzi Bankının geniş həcmli valyuta müdaxilələrinə baxmayaraq, rublun məzənnəsi sabitləşmir. Rusiya birjaları müharibə başlayandan fəaliyyətini dayandırıb. Ölkədə rublun dəyər itirməsi fonunda qiymətlər sürətlə bahalaşır. Bu Rusiyanın hazırkı vəziyyətinin qısa icmalıdır.
Bilin ki, Rusiyaya tətbiq olunan sanskiyalar İranla müqayisədə dəfələrlə sərt, əhatə dairəsi və coğrafiyası genişdir. Rusiyaya qarşı sanskiyalara 73 dövlət və 9 beynəlxalq təşkilat qoşulub. MDB dövlətlərinin heç birinin adı bu siyahıda yoxdur".