“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”.
FED.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”, - o bildirib.
Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər: “Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü. Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandəra bilməyəcəyik”.
XİN başçısı söyləyib ki, Rusiyanın işğal etdiyi regionlardakı torpaqların azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklər. (Report)