Rusiya və Türkiyə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən sonra Suriya məsələsi üzrə 10 maddəlik tarixi memorandum sənədi imzalayıb.
Eləcə də bax: Tramp Türkiyəni rüsum və sanksiyalarla - HƏDƏLƏYİB
FED.az sənəddə qeyd olunan maddələri təqdim edir:
1.Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün, Türkiyənin milli təhlükəsizliyinin qorunmasına dair öhdəliyini bir daha təsdiq edir;
2.Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizə aparmaq, Suriyadakı separatçılıq cəhdlərinin qarşının alınması istiqamətindəki qətiyyətlilik xüsusi vurğulanır;
3.Bu çərçivədə Tel Abyad və Ras Al Ayn da daxil olmaqla 32 kilometr məsafədəki “Sülh çeşməsi hərəkatı”ərazisindəki status-kvo qorunub saxlanılacaq.
4.Hər iki tərəf “Adana sazişi”nin əhəmiyyətini təsdiq edir. Rusiya müasir şərtlərlə “Adana sazişi”nin həyata keçirilməsinə öz töhfəsini verəcək;
5.23 oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rusiya hərbi polisi və Suriya sərhədçiləri, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən 30 kilometr kənara çıxarılmasını təmin etmək üçün “Sülh çeşməsi hərəkatı”ərazisindən kənarda qalan Türkiyə-Suriya sərhədinin Suriya hissəsinə daxil olacaq. Bu müddət 150 saat içində tamamlanacaq. Həmin vaxtdan etibarən Qamışlı şəhəri istisna olmaqla, “Sülh çeşməsi hərəkatı” ərazisinin qərbində və şərqində 10 kilometr məsafədə Türk-Rus ortaq patrul xidməti başlayacaq.
6.Münbiç və Tel Rıfatda bütün YPG ünsürləri silahları ilə birlikdə çıxarılacaq;
7.Hər iki tərəf terror ünsürlərinin sərhədə nüfuz etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görəcək;
8.Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri dönmələrini asanlaşdırmaq üçün birgə səylər göstəriləcək;
9.Bu memorandumun icrasını izləmək və əlaqələndirmək məqsədilə birgə monitorinq və yoxlama mexanizmi yaradılacaq.
10.Tərəflər Astana mexanizmi çərçivəsində Suriya münaqişəsinin daimi siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcək.