“Ukraynanın Rusiya və Belarusla olan dövlət sərhədi Belarus Silahlı Qüvvələrinin dəstəyi ilə rus qoşunları tərəfindən hücuma məruz qalıb”.
Eləcə də bax: Putin hamıya xəbərdarlıq etdi - "BİZƏ HÜCUM EDƏN DARMADAĞIN OLACAQ" - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb.
Bildirilib ki, Luqansk, Sumı, Xarkov, Çerniqov və Jitomir vilayətləri daxilində artilleriya, ağır texnika və atıcı silahlardan istifadə edilməklə, sərhəd bölmələri, sərhəd patrulları və keçid məntəqələrinə hücumlar həyata keçirilir.
Sərhəd Xidməti Ukrayna ərazisinin Krım tərəfindən də atəşə tutulduğunu açıqlayıb.
“Sərhəddə vəziyyətdən asılı olaraq, sərhədçilər Ukrayna Silahlı Qüvvələri və Ukrayna Milli Qvardiyası ilə birlikdə düşmənə atəş açır”, - deyə məlumatda vurğulanıb.