Digər

Rusiya və Belarus 2022-ci ilə qədər – BİRGƏ DÖVLƏT YARADACAQ

Rusiya və Belarus 2022-ci ilə qədər – BİRGƏ DÖVLƏT YARADACAQ | FED.az
17:27 16 Sen 2019

Rusiya və Belarus artıq 2022-ci ildə konfederativ dövlət yaratmağı planlaşdırırlar. FED.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, bu istiqamətdə ilk addımlar 2021-ci ilin yanvar ayında atılacaq.

İki ölkə əvvəlcə vahid Vergi Məcəlləsi və Mülki Məcəllə, mülkiyyətin unifikasiya edilmiş uçotuna əsaslanan xarici ticarət rejimi və oxşar sosial təminatlar yaradacaqlar. Bank nəzarəti birləşdiriləcək, lakin iki mərkəzi bank olacaq, neft, qaz və elektrik enerjisi bazarları vahid mərkəzdən nizamlanacaq, müvafiq sahələrdə dövlət tənzimləmə sistemi yaradılacaq.

Tədiyə sistemlərini qismən birləşdirmək və 2021-ci ildən vahid dövlət satınalmaları tətbiq etmək nəzərdə tutulur. Bu proqramda Rusiyanın və Belarusun dövlət quruculuğuna, müdafiə sisteminə, dövlət təhlükəsizliyi və təhsil, səhiyyə və elm sahələrinə toxunulmayacaq.

Xatırladaq ki, bu il sentyabrın 6-da RF Baş Naziri Dmitri Medvedev və onun belaruslu həmkarı Sergey Rumas “İttifaq dövləti yaradılması haqqında müqavilənin müddəalarının reallaşdırılması üzrə Belarusun və Rusiya Federasiyasının fəaliyyət proqramı”nı imzalayıblar, lakin həmin sənəd hələ dərc edilməyib.

 

Digər xəbərlər

Banner