Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.
Eləcə də bax: Ukrayna Donetskin Marinka şəhərini - GERİ QAYTARIB
FED.az xəbər verir ki, məlumatı TASS yayıb.
Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib.
Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:
“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.
Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.
Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir. (Report)