Rusiya hərbi aviasiyasının Lvov, Krivoy Roq və Odessaya raket atəşi nəticəsində səhər saatlarına olan məlumata görə, təkcə Lvovda azyaşlılar da daxil olmaqla 5 nəfər ölüb, 35 nəfər yaralanıb.
FED.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O deyib ki, hazırda həlak olan və xəsarət alanların sayı dəqiqləşdirilir. V.Zelenski yaralılara zəruri tibbi yardım göstərildiyini sözlərinə əlavə edib.
Ukrayna liderinin sözlərinə görə, ölkəsinə zəruri hərbi dəstək verən ölkələr insanların həyatını xilas etməyə ciddi töhfələr verir. O eyni zamanda ölkəsinə qarşı törədilən terrorun dayandırılmalı olduğunu bəyan edib.
Lvov şəhərinin meri Andrey Sadovıy isə ölənlərinin sayının 7-yə çatdığını açıqlayıb.
Baş verənlərlə bağlı Lvovun bir neçə istiqamətində elektrik enerjisi təchizatı dayandırıldığı üçün qatarların hərəkətində ləngimələr yaranıb.
Hər üç istiqamətə aviasiya hücumlarında “Tu-95MS” qırıcılarından da istifadə olunduğu bildirilib. (Apa)