Rusiya Ukraynada büdcə işçilərinə və pensiyaçılara adambaşına 10 min rubl ödəniş etməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Rusiya tərəfi bu gün Ukraynada ilk «maliyyə yardımı» məntəqəsinin işə düşdüyünü bildirib.
Rusiya FHN-in əməkdaşları Ukraynada vətəndaşlardan sənədlər toplayır və onun əsasında maliyyə yardımı məntəqəsində ödənişlər edilir.
«Ukraynada maliyyə yardımı üzrə ilk məntəqə fəaliyyətə başlayıb. Artıq ödənişlər üzrə ilk müraciəıtlər qəbul edilib. Ödənişlər barədə insanlara KİV vasitəsilə məlumat verilir»deyə FHN-in rəhbəri Aleksandr Çupriyan bildirib.
Bildirilir ki, Rusiya hökumətinin qərarı ilə adambaşına 10 min rubl (adambaşına təqribən 100 dollar - FED.az) məbləğində birdəfəlik ödəniş edilir. Rusiya Ukrayna ərazisində daha bir neçə belə məntəqə açmaq niyyətindədir.