Ukraynanın Poltava regionundakı Kremençuk şəhərində yerləşən alış-veriş mərkəzinə Rusiya qüvvələri iki raket zərbəsi endirib.
FED.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqramda paylaşım edib.
Qeyd edək ki, yanan ticarət mərkəzində mindən çox adamın olduğu bildirilir.
Alış-veriş mərkəzinə raket zərbəsi nəticəsində ölənlərin sayı artıb, hücumda həyatını irtirənlərin sayı 13 nəfərə çatıb. Şəhər administrasiyası yekun rəqəm söyləməyin tez olduğunu bildirib. Xəstəxanaya yerləşdirilmiş 21 yaralıdan altısının vəziyyəti ağırdır. Otuzadək şəxsə, o cümlədən 2 uşağa ambulator yardım göstərilib.