Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətini tam ələ keçirərək nəzarət altına alıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, vilayətin mərkəzi olan Xerson şəhərində dinc sakinlər işğalçı qüvvələrə qarşı mütəmadi şəkildə kütləvi etiraz aksiyaları keçirirlər.
Həmçinin daha öncə Xerson vilayətinin prokurorluğu Rusiyanın Xerson vilayətində qondarma respublika yaratmaq niyyətində olduğunu bildirmişdi. (Report)