Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibənin bir ayının nəticələri barədə məlumat verib.
FED.az xəbər verir ki, Rusiya Baş Qərargah rəisinin müavini general Sergey Rudskoy bildirib ki, Ukraynanın Kiyev, Xarkov, Çerniqov, Sumi və Nikolayev şəhərləri mühasirədədir, bütün Xerson vilayəti və Zaporojyenin böyük bir hissəsi Rusiyanın nəzarəti altındadır.
Rudskoy, Ukrayna silahlı qüvvələrinin döyüş gücünün azaldığını qeyd edərək, "Ukraynadakı əməliyyatın birinci mərhələsi tamamlanıb" deyib. (Marja)