Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini məhv edib.
FED.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ukraynanın hərbi infrastrukturuna zərbələr davam edir.
“Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2911 hərbi infrastruktur obyekti məhv edilib. Onlar arasında 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksi, 86 radiolokasiya stansiyası postu, 986 tank və digər zirehli döyüş maşını, 107 reaktiv yaylım atəşi sistemi, 368 artilleriya və minaatan qurğusu, 749 ədəd xüsusi təyinatlı hərbi maşın var”, - Rusiya MN sözçüsü qeyd edib.