Rusiya hərbi qüvvələri Kiyevə raket zərbələri endirib, şəhərdə hava həyəcanı elan edilib.
FED.az xəbər verir ki, Prezident Aparatı Kiyevdə kritik infrastruktur obyektlərinə raket hücumu barədə məlumat yayıb.
"Təfərrüatlar dəqiqləşdirilir. Sığınacaqlarda qalın", - Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko "Telegram"da yazıb.
Kiyev Şəhər Hərbi İdarəsi vətəndaşları hava hücumu xəbərdarlığına diqqət etməyə və sığınacaqlara getməyə çağırıb.
Kiyevin meri Vitali Kliçko isə bildirib ki, raket zərbələri paytaxtın Dneprovski rayonuna endirilib. (Apa)