Rusiya ordusunun 100-ə yaxın zirehli texnikası Kiyev vilayətinin Vışqorod rayonu ərazisindən paytaxta doğru irəliləyir.
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu-az-a istinadən xəbər verir ki, hazırda sözügedən texnikanın Kozaroviçi kəndi ərazisində olduğu bildirilir.
Qeyd olunur ki, Rusiya qoşunları buradan iki istiqamətə yönələ bilər: ya şimala, ya da İrpen çayı mənsəbində yerləşən nasos stansiyası üzərindəki körpü ilə Kiyevə.