Rusiya Ordusu Ukraynanın cənubunda yerləşən Xerson şəhərinin mərkəzinə daxil olub.
FED.az xəbər verir ki, bu barədə şəhər meri İqor Kolıxayev bildirib.
O, Rusiya Ordusunun dəniz limanı və vağzalı nəzarət aldıqlarını, döyüşlərin davam etdiyini söyləyib.
Kolıxayev şəhərdə yüzlərlə cəsəd olduğunu, onları çıxarmaq üçün “yaşıl dəhliz”in təşkil edilməsinin vacib olduğunu əlavə edib. (Apa)