Rusiya Ordusu Ukraynanın Luqansk vilayətinin qərbində yerləşən Kremennaya şəhərini ələ keçirib.
FED.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday "Facebook"da bildirib.
"İşğalçılar Kremennayaya nəzarəti ələ keçirdilər‼ ️Döyüşlər davam edir. Şəhərdən evakuasiya artıq mümkün deyil.
Severodonetsk, Lisiçansk, Popasna, Horski və Rubijne şəhərlərindən insanlar çıxarılır.
Uşaqlarınızın qayğısına qalın!", o billdirib. (Apa)